23:28, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 124

"Polislər dedi ki, biz 500 manata görə buna məcburuq" - Mehman Hüseynov

Videobloger Mehman Hüseynov ötən gün axşam saat 8 radələrində yoxa çıxmışdı. 
 
Bu gün 22-ci polis bölməsindən Nəsimi rayon Məhkəməsinə aparılan blogerə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 manat cərimə kəsilib. 
Mehman Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.