Siyasət

"Polis məndən fəaliyyətimə son qoymağı tələb edir" - Cəbhəçi

4 İyun, 2018
758
Mayın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon təşkilatının Gənclər Komitəsinin sədri Samir Həsənov Şəki rayon Polis Şöbəsinə çağırılıb.

Bu barədə Meydan TV-yə Samir Həsənov özü məlumat verib. Bildirib ki, orada rəis Ə.Rzayev və müavin Q.İsmayılov tərəfindən qəbul olunub, hər ikisi tərəfindən kobud rəftarla qarşılaşıb:

"Məndən fəaliyyətimə son qoymağı tələb edirdilər. Mən buna etiraz etdim. Ertəsi gün, mayın 20-də təkrar şöbəyə dəvət edildim. Bu dəfə məndən tutduğum vəzifədən istefa verməm istənildi. Dedilər ki, istefa et və bunu "Facebook” səhifəndə status şəklində yaz”.

S. Həsənov onların dediyini etməyini söyləyir.

Daha öncə də müxtəlif partiya təmsilçilərinə qarşı təzyiqlər olub. Məsələn, Bakının Zirə qəsəbəsində yerləşən 120 saylı poçt şöbəsinin poçtalyonu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehriban Hüseynli mitinqdə iştirakına görə işdən çıxarılmışdı.

Bakı Şəhər Təcili Yardım Stansiyasında həkim işləyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri müavini Həsrət Rüstəmov da oktyabrın 6-da işdən uzaqlaşdırılıb.

O, səbəb kimi sonuncu mitinqlərdə iştirak etməsi olduğunu söyləyib.

AXCP-nin Ağsu rayon şöbəsinin üzvü Mirdamət Həsənov da oktyabrın 2-də işlədiyi Kommunal Təsərrüfat İdarəsindən çıxarılmışdı. O, səbəb kimi partiyaya bağlılığını göstərmişdi.

AXCP-nin Rəyasət Heyətinin üzvü Eldar Hüseynov Dövlət İqtisad Universiteti İnformasiya və İqtisadi Texnologiyalar kafedrasından, cəbhəçi Elmi Usubov isə həkim işlədiyi tibb müəssisəsindən çıxarılmışdı. Onlar da eyni səbəbi göstərmişdilər.

Mayın 26-da Daxili İşlər Nazirliyi Əli Kərimli və digər AXCP üzvləri barədə cinayət işi başlanması ilə bağlı məlumat yaydı.

AXCP sədri Əli Kərimli, "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, Gədəbəy rayonunun İcra Hakimiyyəti başçısı olmuş Saleh Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və digərləri "xaricdə Azərbaycan dövlətinə, dövlətçiliyinə və milli maraqlara zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması”nda günahlandırılırlar.

Respublika Prokurorluğu ilə DİN-in yaydığı birgə məlumatda deyilir ki, adıçəkilən şəxslərin bu əməlləri törətmələrinə dair sübutlar toplanıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo