14:35, 06 Yanvar 2017 (Cümə) 62

Polis məktəbində "FETÖ" əməliyyatı keçirilib

Polis məktəbində
Türkiyədə polis məktəblərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 70 nəfər həbs olunub.

"Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar polis məktəblərində FETÖ üzvlərinə rəhbərlik (ağabəyilik) ediblər.

Həbs olunanların 27-si təhlükəsizlik qurumunun əməkdaşıdır.

Məlumata görə, əməliyyat ölkənin 41 əyalətində eyni vaxtda keçirilib.