23:15, 23 May 2018 (Çərşənbə) 183

PKK-nın İraqdakı 6 obyekti məhv edilib

PKK-nın İraqdakı 6 obyekti məhv edilib
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalına, Hakurk rayonu ərazisinə zərbələr endirib.

Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, zərbələr nəticəsində PKK terrorçularının 6 obyekti məhv edilib.

PKK terrorçuları Türkiyənin dövlət orqanlarına, hərbçilərə, habelə dinc əhaliyə qarşı terror hücumları təşkil edirlər.

"report.az"