16:29, 16 Aprel 2018 (Bazar ertəsi) 277

“Peşə təhsili haqqında” qanun layihəsi müzakirə olunub

“Peşə təhsili haqqında” qanun layihəsi müzakirə olunub
 Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Peşə təhsili haqqında” (yekun oxunuş) qanun layihəsi müzakirə olunub.

Komitə sədri İsa Həbibbəyli qanun layihəsi ilə bağlı ümumi məlumat verib.

O qeyd edib ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübədən istifadə olunub.

Komitə üzvləri də qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

report.az