İqtisadiyyat

"Pensiya yaşının qaldırılması qəbuledilməzdir" - Ekspert

16 May, 2017
1222
"Yeni qanun indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq. Qanuna edilmiş yeni dəyişikliklər 1 iyuldan sonra pensiyaya çıxacaq şəxslərə şamil olunacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov APA-ya açıqlamasında deyib.

"Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər 1 iyul 2017-ci ildən qüvvəyə minəcək.

Azərbaycan prezidenti əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməsi barədə qanunun 1 iyul 2017-ci ildən qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb. Həmin fərmanla da bir sıra qaydaların 2 ay müddətinə hazırlanaraq qüvvəyə minməsi ilə bağlı tapşırıqlar verilib.

Nazirin sözlərinə görə, hazırda nazirlikdə bunun üzərində iş gedir: "Burada qaydalarla bağlı bəzi işlər aparılır və qaydalar təsdiq olunandan sonra bunlar bəlli olacaq. Bundan başqa, dəyişikliklərin indiyə qədər pensiyaya çıxmış və sonradan əmək haqları artırılan şəxslərə hansı formada şamil olunacağı da qaydalarda öz əksini tapacaq. İyulun 1-dək işlər başa çatdırılacaq və dəyişikliklər qüvvəyə minəcək. Bu, daimi bir prosesdir. Yəni 2006-cı ildə "Əmək pensiyaları haqqında qanun" qəbul olunanda da keçid dövrü kimi 10 illik müddət nəzərdə tutulmuşdu. Düşünürəm ki, bu, Azərbaycanda prezidentin göstərişi ilə tam sığorta prinsipləri əsasında fəaliyyət göstərən pensiya sistemini qururuq. İyulun 1-dən pensiyaya çıxanlar isə yeni qanunvericiliyin müddəalarından istifadə edəcəklər".

Əlavə və dəyişikliklər iş stajı müddətinin artırılmasını nəzərdə tutur. Dəyişikliyə görə, bundan sonra dövlət qulluqçularının pensiyaya çıxmasından ötrü 20, hakimlərdən 15, prokurorluq işçilərindən isə 35 il iş stajı tələb olunacaq. Digər peşələrə görə isə tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılır. İndiyədək pensiyaya çıxmaqdan ötrü dövlət qulluqçularına 15, hakimlərə 5, prokurorluq işçilərinə isə 25 il iş stajı kifayət edirdi. Dəyişikliklər pensiya yaşının artırılmasını da nəzərdə tutur. Həmin müddəalara görə, kişilərin pensiyaya çıxmaq yaşı hər il 6 aydan bir artırılmaqla 65 yaşa qaldırılır. Qadınların pensiyaya çıxmasında yaş həddi də 2027-ci ilə qədər hər il 6 aydan bir artırılmaqla 65 yaşa çatdırılacaq. Hazırda qadınların pensiya yaşı 60, kişilərinki isə 63-dür.

Pensiyaların baza hissəsi anlayışı, ümumiyyətlə, ləğv edilir, qanundan çıxarılır. Bundan sonra pensiya məbləği yalnız sığorta hissəsindən ibarət olacaq.

Digər diqqətçəkən dəyişiklik pensiyaçıların ödədikləri məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydası ilə bağlıdır. İndiyədək toplanmış məcburi dövlət sosial sığorta haqqının 50 faizi vətəndaşın, yerdə qalan hissə isə Dövlət Sosial Müdafiə Fondunun hesabında əks olunurdu. Bundan sonra vətəndaşın ödədiyi sığorta haqqının 90 faizi onun hesabında toplanacaq.

Bu əlavə dəyişikliklərə münasibət olaraq iqtisadçı ekspert Rövşən Ağayev  "Amerikanın Səsi”nə müsahibəsində pensiya yaşının artırılmasının yaradacağı problemlərdən danışmışdı.

Onun sözlərinə görə, pensiya yaşı orta yaş həddinə görə müəyyən edilir və beynəlxalq standartlara görə, pensiyaya çıxdıqdan sonra insanların orta hesabla 12 il pensiya almaq imkanı olmalıdır.

Rövşən Ağayev müsahibəsində deyib ki, BMT-nin hesablamalarına görə,  Azərbaycanda orta ömür uzunluğu 70 yaş ətrafnda olduğu halda pensiya yaşının 65 yaş müəyyən edilməsi qəbuledilməzdir.

O həm də  hesab edir ki, Azərbaycanda pensiya yaşı 65 yaş müəyyən edilərsə beynəlxalq standartlarda olan 12 illik pensiya almaq imkanı təmin edilmir.

Alya A. 
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo