16:56, 19 Noyabr 2018 (Bazar ertəsi) 201

Pensiya və müavinətlərin maliyyələşməsinə nə qədər vəsait ayrılıb?

Pensiya və müavinətlərin maliyyələşməsinə nə qədər vəsait ayrılıb?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu hesabat yayıb.
 
Hesabata əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2 milyard 702,1 milyon manat vəsait yönəldilib.
 
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz çoxdur. Vəsaitin 97,8 faizini pensiya xərcləri təşkil edib.

Oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 303,3 min nəfər pensiyaçı qeydiyyatda olub. Onların 58,5 faizi yaşa, 30 faizi əlilliyə, 11,5 faizi ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği 221 manat göstərilir.

9 ayda 410,9 min nəfərə sosial müavinətlər təyin olunub, əhaliyə 58,4 milyon manat məbləğində müavinət ödənib.
 
Bunun 30,5 faizi hamiləliyə və doğuma görə, 31,2 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,2 faizi dəfn üçün, 21,1 faizi digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.