17:35, 22 Yanvar 2019 (Çərşənbə axşamı) 234

Penitensiar Xidmət yenə təkzib edir

Penitensiar Xidmət yenə təkzib edir
"Azərbaycanın cəzaçəkmə müəssisəslərində aclıq aksiyası keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Heç bir məhkum və ya həbs edilmiş şəxs aclıq akiyası keçirmir". Bu barədə bu gün Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Bu arada, yanvarın 13-dən 13 saylı cəzaçəkmə müəssisəsində fəallar İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı Mehman Hüseynovla həmrəylik əlaməti olaraq və bütün siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası keçirirlər.

Sonradan digər cəzaçəkmə müəssisələrində saxlanılan Qiyas İbrahimov və Orxan Baxışlı da onlara qoşulub.

Bu gün Baş Prokurorluq bloger Mehman Hüseynovun işinə xitam verildiyini bildirib. Bu barədə bu siyasi məhbusları həbsxanalarda ziyarət edən doğmaları bildiriblər. 

Turan