Siyasət

Paşinyan seçilmədi

24 Oktyabr, 2018
2409
Ermənistan parlamenti oktyabrın 24-də səsvermənin birinci turunda baş nazir seçə bilməyib.

Parlamentdəki üç fraksiya – Respublika Partiyası, "Tsarukyan" və "Daşnaksutyun" səsvermədə iştirak etməyəcəklərini bildirib, "Elk fraksiyası isə səsvermədə bitərəf qalacağını bəyan edib.

Nəticədə baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın lehinə səs verən olmayıb, cəmi 1 deputat əleyhinə səs verib, 11 nəfər bitərəf qalıb.

N.Paşinyanın baş nazir vəzifəsinə namizədliyini "Elk" fraksiyası irəli sürüb.

Paşinyan və onun siyasi komandası yeni baş nazirin seçilməməsində maraqlıdır. Bu yolla parlament buraxılacaq və növbədənkənar parlament seçkiləri təyin olunacaq.

"Mənim baş nazir postuna namizədliyimin irəli sürülməsi formal xarakter daşıyır. Mənim namizədliyim ona görə irəli sürülməyib ki, məni seçsinlər, ona görə verilib ki, məni seçməsinlər. Deməli, Milli Məclis mənə səs verməməlidir", - bu gün, oktyabrın 24-də Ermənistan parlamentinin baş nazir seçilməsi ilə bağlı növbədənkənar toplantısında çıxış edən Nikol Paşinyan deyib. O, baş nazirin səlahiyyətlərini müvəqqəti yerinə yetirir.

"Mənim namizədliyimin irəli sürülməsində məqsəd qarşıdakı parlament seçkilərinin legitimliyi mövzusunda istənilən spekulyasiyanı, keçiriləcək seçkilərlə bağlı istənilən hüquqi boşluğu istisna etməkdir", - Paşinyan bəyan edib. O, dekabrda növbədənkənar seçkilərin keçiriləcəyinə şübhə olmadığını da vurğulayıb.

Oktyabrın 24-də erməni parlamentində baş nazir vəzifəsinə namizədlə bağlı səsvermənin birinci turunun keçirilməsi nəzərdə tutulub.

Bu ərəfədə "Elk" parlament fraksiyası həmin vəzifəyə N.Paşinyanın namizədliyini verib.

Paşinyanın istefasından sonra Ermənistanda hadisələr hansı səmtdə inkişaf edə bilər?

Paşinyan və onun siyasi komandası yeni baş nazirin seçilməməsində maraqlıdır, onlar bununla parlamentin buraxılmasına və qanunverici orqana növbədənkənar seçkilərin keçirilməsinə can atırlar. İndiki parlamentdə ən böyük fraksiya keçmiş iqtidar Respublika Partiyasıdır.

Ermənistan Konstitusiyasına görə, iki həftə içində parlament yeni baş nazir seçə bilməsə, qanunverici orqan buraxılmalıdır.

Taktiki gediş edərək oktyabrın 16-da vəzifəsindən istefa vermiş Paşinyanın müttəfiqləri onun namizədliyini prosedurun formal tərəfini təmin etmək məqsədilə verdiklərini bəyan ediblər.

Bu gün Paşinyanın seçilməməsi parlamentin buraxılması yolunda ilk addım olacaq. Həftə ərzində baş nazir vəzifəsinə yeni namizədin irəli sürülməməsi, ya da oktyabrın 31-də hər hansı namizədin seçilməməsi parlamentin hüquqi baxımdan buraxılmasına imkan yaradacaq. O zaman növbədənkənar seçkilər dekabrın ilk yarısında keçiriləcək.
Azadlıq Radiosu
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo