13:24, 17 Sentyabr 2018 (Bazar ertəsi) 323

Paşinyan Heydər Əliyevin əsgər getməsinə münasibət bildirib

Paşinyan Heydər Əliyevin əsgər getməsinə münasibət bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, İlham Əliyevin oğlunun əsgər getməsi mühüm hadisədir. AzadlıqRadiosunun erməni xidməti yazır ki, o bu haqda sentyabrın 16-da Yerevanda çıxış edərkən danışıb:

"İctimai fikrin hakimiyyət tərəfindən idarə olunmasına baxmayaraq cəmiyyətdə belə bir sual vardı: Necə olur ki, Ermənistanın baş nazirinin oğlu əsgər gedir, lakin, Azərbaycan prezidentinin oğlu hələ də əsgər getməyib? Oğlunun əsgər getməyi mühüm hadisədir. Lakin, İlham Əliyevin oğlu Bakıda xidmət göstərir"

O, öz oğlundan misal çəkib deyir ki, iki ay əvvəl oğlu könüllü olaraq cəbhə xəttinə xidmət etməyə yollanıb.

Sentyabrın 16-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib. Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də andiçən əsgərlər arasında olub.