13:33, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 33

Parlamentdə büdcə müzakirəsi

Parlamentdə büdcə müzakirəsi
Bu gün, noyabrın 21-i Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib.

Gündəliyə əsasən, iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə edilir.

İclasda Azərbaycan baş naziri Artur Rasizadə və hökumət üzvləri də iştirak edirlər.

Deputatlar həmçinin, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" və "şsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında» layihələri nəzərdən keçirməlidir.

Habelə, gündəliyə "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, Milli Məclisin və Hesablama Palatasının xərclər smetaları da daxil edilib.

Layihəyə görə, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri isə 20 mlrd. 905.7 mln. manat təşkil edir.