Dünya

Parlament yaxınlığında toqquşma - Ukrayna

16 Yanvar, 2018
838
Ukrayna parlamenti yaxınlığında polislə etirazçılar toqquşub. Qanunverici orqan rusiyapərəst separatçıların nəzarətində olan regionların "reinteqrasiyası”na dair qanunvericiliyi nəzərdən keçirməlidir.

Etirazçılar Verxovna Rada yaxınlığında təkər və Rusiya bayrağını yandırıblar. Polis və yanğınsöndürənlər yanan şinləri söndürüb və onları etirazçıların ötən il quraşdırdığı çadır düşərgəsinə tərəf atıb. Hüquq mühafizə əməkdaşları qarşıdurmanı dağıtmaqdan ötrü kimyəvi spreydən də istifadə edib.

Kiyev polisi Radada müzakirədən öncə hökumət binaları və parlament ətrafına 3 min 800 təhlükəsizlik əməkdaşının yerləşdirildiyini deyirdi.

Nümayişçilər deputatların "reinteqrasiya” qanununu sürətlə qəbul etməsini istəyirlər. Qanunda Rusiyanın "təcavüzkar” olduğu qeyd edilir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini tutub və Luqansk və Donetskdə separatçıları dəstəkləyir. Moskvasa separatçılara dəstək vermədiyini deyir.

Parlament bugünkü iclasda Ali Antikorrupsiya Məhkəməsinin yaradılması barədə qanun layihəsinin də müzakirə oluna biləcəyini deyirdi. Prezident Petro Poroşenko bu məsələni ötən ay təklif edib, o zaman etirazçılar da elə onun qəbulunu tələb edirdilər.

Antikorrupsiya məhkəməsinin yaradılması Beynəlxalq Valyuta Fondunun Ukraynaya 2 milyard dollarlıq kredit tranşını ayırmaqdan ötrü şərtlərindən biridir.

Azadlıq Radiosu


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo