12:39, 19 İyun 2018 (Çərşənbə axşamı) 148

Parada görə hərəkət istiqamətləri dəyişdirilir

Parada görə hərəkət istiqamətləri dəyişdirilir

İyunun 26-da Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubleyi ilə bağlı keçiriləcək hərbi paradın təlim-məşqlərinə hazırlıq məqsədi ilə Heftçilər prospekti və "Azadlıq” meydanı istiqamətində avtomobillərin hərəkət istiqaməti dəyişridləcək. 

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib.

O, vurğulayıb ki, həmin tədbirlərə iyunun 24-dən başlanılacaq və parad tam başa çatana kimi davam edəcək:

"Bu müddətdə avtomobillərin hərəkəti Cavanşir körpüsündən keçməklə Yusif Səfərov küçəsi istiqamətinə müəyyənləşdirilir.Eyni zamanda, Azadlq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən hərəkət yalnız sağa - Rəşid Behbudov küçəsi istiqamətinə, eləcə də Puşkin, Üzeyir Hacıbəyov küçələri kəsişməsindən hərəkət sağa - Azadlıq prospekti istiqamətinə müəyyən edilir...”

1918-ci il mayın 28-də Azərbaycan Cumhuriyyəti (AC) yaradılıb. Həmin il iyunun 26-də Azərbaycan ordusunun əsası qoyulub.

AC 1920-ci il aprelin 27-də Rusiya ordusunun müdaxiləsi nəticəsində süqut edib.

Azərbaycan bir də müstəqilliyini 1991-ci ildə bərpa edib.

Bu il Azərbaycan ordusunun yaranmasinin 100 ili tamam olur. Həmin münasibətlə Bakıda "Azadlıq” meydanında Silahlı Qüvvələrin paradı gözlənilir.Artıq təyyara və helkopterlər Bakı buxtası üzərində məşqlər edirlər.