Sosial

Pambıqçılara kömək edən polis də zəhərlənib

11 İyun, 2018
838
İyunun 10-da Saatlıda pambıq tarlasında çalışan 26 nəfər işçi zəhərlənib. Onların kimyəvi dərmanlardan zəhərləndiyi bildirilir.

Bu barədə Meydan TV-yə adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Bildirib ki, onlardan bir neçəsinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. İşçilər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

"Bizim iki gəlinimiz də zəhərlənib. Birinin vəziyyəti çox ağırdır, ciyərlərinə keçib. Onlar Sabirabadın Nəsimi kəndindən Saatlının Sımada kəndinə işləməyə getmişdilər. Günü 10 manatdan fəhləlik edirdilər. Sahibkar sahələri 4 gün öncə dərmanlayıb. 15 gün girmək olmazmış. Bu barədə işçilərə heç kim məlumat verməyib. Onlar da bilmədikləri üçün işə gedib, zəhərləniblər. 21 nəfər işçidir. Onları sahədən çıxaran polis də zəhərlənib, bir də Təcili Tibbi Yardımın 4 əməkdaşı. Ümumi 26 nəfər zərər görüb".

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Saatlıda pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar olaraq, müvafiq qurumların da iştirakı ilə komissiya yaradılıb:

"Hazırda dəqiq diaqnoz qoyulmayıb. Ehtimal olunur ki, bu hadisə pestisid, yaxud qida zəhərlənməsindən ola bilər”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ehtimal edir ki, zəhərlənmə sahələrə tökülən kimyəvi maddələrdən olub:

"Görünür, təhlükəsizliyə riayət etməyiblər, amma dəqiq deyə bilmərəm. Başqa qurumdan soruşmağınızı tövsiyə edirəm".

Hadisə baş verən gecə Bakıdan bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Həkimlər xəstəxanada yerləşdirilən xəstələrə tibbi yardımlar göstəriblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo