00:39, 21 İyun 2018 (Cümə axşamı) 172

Pambıq sahəsində zəhərlənənlərin sayı 24 nəfərə çatıb

Pambıq sahəsində zəhərlənənlərin sayı 24 nəfərə çatıb
 Yevlax rayonunda yerləşən pambıq sahələrindən birində zəhərlənənlərin sayı 24 nəfərə çatıb.

"Report" xəbər verir ki, onlardan 8 nəfəri valideynləri ilə birgə pambıq sahəsinə gedən uşaqlardır.

Hazırda zərərçəkmiş şəxslərin hamısının vəziyyəti sabitdir və onlar həkim nəzarəti altındadırlar.