11:16, 20 Sentyabr 2018 (Cümə axşamı) 495

Pambıq bahalaşdı

Pambıq bahalaşdı
Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin məsul işçiləri pambıq istehsalı və emalı şirkətlərinin rəhbərləri ilə görüş keçirib.
 
AZƏRTAC-ın 20 sentyabr məlumatına görə, görüşdə pambığın hər tonunun alış qiymətini 50 manat artırmaq barədə razılıq əldə olunub. 

1-ci növ pambığın tonuna 650 manat, 2-ci növ pambığın tonuna 630 manat, 3-cü növ pambığın tonuna 590 manat, 4-cü növ pambığın tonuna 550 manat qiymət qoyulub.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində fermerlərin 12 milyon manatdan çox əlavə qazanc əldə edə biləcəyi bildirilir.