22:18, 07 Fevral 2018 (Çərşənbə) 289

Pakistanda Talibana qarşı etiraz

Pakistanda Talibana qarşı etiraz


/ DÜNYA
Pakistanın Xayber Paxtunxva vilayətində qəzəbli nümayişçilər Taliban qrupunun ofislərinə hücum edərək, bir universitet tələbəsinin öldürülməsinə etirazlarını bildirib.

"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, aksiya iştirakçıları Şeyx Yusif kəndində Talibanın iki binasını ələ keçirib. Nümayişçilər binalara od vurub, qrupa məxsus avtomobilləri yandırıb.

Binalarda olan yaraqlılar qaçmağa nail olub.

Yerli sakinlər İdris adlı hüquşünaslıq fakültəsinin tələbəsinin iki gün əvvəl Taliban tərəfindən öldürüldüyünü iddia edir.

Vilayət rəsmiləri isə İdrisin yerli sakinlərlə şəxsi mübahisədə öldürüldüyünü və qətllə bağlı bir nəfərin nəzarət altına alındığını bildirir.

Hüquq-mühafizə rəsmilərinin jurnalistlərə açıqladığı press-relizdə yaraqlıların adı çəkilməyib. Bildirilib ki, binaları ələ keçirib, yanğın törədənlərlə bağlı istintaq başladılıb.

Nümayişçilər Amerikanın Səsinə bildirib ki, hökumətin 10 şübhəlinin ələ keçirilməsinə verilən möhlətə əməl etmədiyinə görə etiraz dalğası başlayıb. Tələbə idrisi öldürdüyü iddi edilən yaraqlıların da həbsi daxildir.

Yerli mənəblərin bildirdiyinə görə, hökumət bəzi ərazilərdə əməliyyatlar keçirərək, sakinləri itaətə məcbur edib.

Pakistan hökuməti bölgədə Talibanın mövcudluğuna dair şərh verməyib.