21:52, 19 Oktyabr 2018 (Cümə) 156

Pakistanda güclü zəlzələ baş verib

Pakistanda güclü zəlzələ baş verib


/ DÜNYA
Pakistanda 6,7 bal gücündə zəlzələ baş verib.

TASS xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 

Yeraltı təkanlar Minqora şəhərinin 28 kilometr şimal-şərqində qeydə alınıb.   

İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur. 

Tacikistanın şərqində də 5,2 bal gücündə zəlzələ olub.