Manşet

Oxfamla bağlı qalmaqal İngiltərədə əks-səda doğurdu

13 Fevral, 2018
1133
Oxfamın əməkdaşlarının Çad və Haitidə seks partilər təşkil etməsi İngiltərədə böyük əks-səda doğurub. 

Toplum.Tv xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə yerləşən beynəlxalq yardım təşkilatı Oxfamın əməkdaşları ilə bağlı daha bir qalmaqallı xəbər yayılıb. 

Belə ki, təşkilatın əməkdaşlarının Çad və Haitidə intim partilər təşkil etməsi iddia olunur. 

Yayılan iddialardan sonra qurumun baş direktor müavini Penny Lourens istefa verib. 

Lourens intim parti qalmaqalı ilə bağlı bütün məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.

Böyük Britaniyanın Beynəlxalq İnkişaf Naziri Penny Mordaunt isə BBC-yə verdiyi açıqlamada Oxfamın intim qalmaqal xəbərləri ilə əlaqəli əllərindəki bütün məlumatları səlahiyyətli qurumlarla bölüşməsini gözlədiyini deyib: "Oxfam etik rəhbərlikdə uğursuzdur və bu məsələni təşkilat rəsmiləri ilə keçirəcəyim görüşdə müzakirə edəcəyəm. Oxfam və digər yardım təşkilatlarının bu cür hadisələrin qarşısını almaq üçün lazımi tədbir mexanizmlərini işə salmaması vəziyyətində hökumət fondlarını itirəcəklər”.

İngilis mətbuatına yayılan məlumatlarda hər iki ölkədə baş verənlərin təşkilat tərəfindən ört-basdır edildiyi vurğulanır.

Oxfam direktoru Mark Goldring sözügedən hadisələrin qəbuledilməz olduğunu və təşkilatın iş əxlaqı prinsiplərinin pozulması mənasına gəldiyini deyib. 

Goldring qalmaqalın ört-basdır edildiyi iddialarını isə təkzib edib: "Nazirliklə əməkdaşlığına davam etməyi və ictimaiyyətdəki nüfuzumuzu yenidən qazanacağımıza ümid edirəm.

İngilis mətbuatında isə Oxfamın ötən maliyyə ili ərzində ingilis hökumətindən təxminən 32 milyon poundluk (36 milyon avro) dəstək aldığı yazılır.
 
Avropa Birliyi də bu olaya görə təşkilata ayırdığı 32 milyonluq qrant layihəsini dayandırıb. 

İngiltərənin "The Observer" qəzetində yer alan xəbərdə 2006-ci ildə Çadda Oxfam komandasının qaldığı evə seks işçilərinin dəvət edildiyi irəli sürülmüşdü. 

Xəbərdə rəhbər mövqeyindəki bir Oxfam həmkarının hadisə səbəbilə vəzifəsindən uzaqlaşdırıldığı da qeyd edilmişdi. 

Bir başqa ingilis qəzeti "The Times"da yer alan xəbərdə isə Haitidə 2010-ci ildə baş verən zəlzələ fəlakətindən sonra zərərçəkənlərə yardım üçün bölgəyə gedən Oxfam qrupunun oxşar bir qalmaqala imza atdığı irəli sürülmüşdü. 

Qəzet 2011-ci ilə aid hesabata istinadən xəbər verir ki, qurum əməkdaşları Oxfam tərəfindən təsis edilən bir villada işçiləri ilə seks partisi təşkil edib. 

Ofelya Ramilqızı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo