15:53, 07 Avqust 2018 (Çərşənbə axşamı) 298

Orxan Camalla vida mərasimi keçirilir

Orxan Camalla vida mərasimi keçirilir


/ DÜNYA
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Cümə məscidində Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən jurnalist Orxan Camal ilə vida mərasimi keçirilir.

"RİA Novosti" xəbər verir ki, mərhumun xatirəsinə cənazə namazı qılınıb.

Jurnalistlə vidalaşmaq üçün çox sayda həmkarı, qohumları və yaxınları gəlib.

Hərbi jurnalist olan Orxan Camal 1966-cı il noyabrın 12-də Moskvada tanınmış rusiyalı müsəlman ictimai xadimi Heydər Camalın ailəsində anadan olub. "Veçernaya Moskva", "Nezavisimaya qazeta", "Novaya qazeta" kimi bir sıra nəşrlərlə əməkdaşlıq edib. Şimali Qafqazda, Cənubi Osetiyada, Əfqanıstanda, İraqda, Livanda, Suriyada, Səudiyyə Ərəbistanında işləyib. Dini Jurnalistlər İttifaqının və Rusiyanın Müsəlman Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. Krımın Rusiyaya birləşdirilməsinə açıq şəkildə etiraz edib.