Sosial

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün başa çatır

27 Mart, 2018
814
2018/2019-cu tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün saat 09:15-ə olan məlumata əsasən, 14623 abituriyent (Azərbaycan bölməsi -14194; rus bölməsi - 429) elektron ərizəsini təsdiqləyib.

Kolleclərin ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən istər cari ilin, istərsə də əvvəlki illərin məzunları qeyd olunan tarixədək elektron ərizələrini ( http://eservices.dim.gov.az/erizetex/erize/?frm=egov ) doldurmalı və onun təsdiqini təmin etməlidirlər.

9-cu sinfi Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya digər ölkələrdə yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarının birində 27 mart saat 17:00-dək təsdiq etdirməlidirlər. Həmin abituriyentlər SQK-ların ünvanları ilə qəbul haqqında elanın tam mətnində tanış ola bilərlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanından (9‑cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdirdikdən sonra "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən "Azərbaycan dili” fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) test imtahanı verirlər. İmtahanın nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə kurrikulum əsasında hazırlanmış 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

"Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə – 2018-ci il aprelin 22-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 10-da isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo