17:09, 15 May 2018 (Çərşənbə axşamı) 331

Orta əməkhaqqı nə qədərdir?

Orta əməkhaqqı nə qədərdir?
2018-ci il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 532,3 min nəfər olub.
 
Toplum Tv-nin məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, onların 888,9 min nəfəri dövlət sektorunda, 643,4 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 532,4 manata çatıb.