14:45, 11 İyun 2018 (Bazar ertəsi) 47

Orta əmək haqqı 1,2% artıb

Orta əmək haqqı 1,2% artıb
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə hesabat yayıb. Hesabata görə, mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfər olub, onların 887,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 651 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,6 faizi təhsil, 19 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,7 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi iqtisadiyyatın digər sahələrində çalışıb.

Yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 538,8 manata çatıb.