13:25, 12 Noyabr 2018 (Bazar ertəsi) 177

Orduda komanda-qərargah hərb oyunları başlayıb

Orduda komanda-qərargah hərb oyunları başlayıb
Azərbaycan Ordusu noyabrın 12-də komanda-qərargah hərb oyunlarına (KQHO) başlayıb. 

Müdafiə Nazirliyinin saytı yazır ki, döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qisimləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib.

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.