Siyasət

Oqtay Əsədov: ''Vəkil dövlətə və vətəndaşa xidmət etməlidir''

20 Fevral, 2019
1070
"Vəkildən dövlət məmuru düzəltməyə nə ehtiyac var? Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə lüzum yoxdur”.

Deputat Fazil Mustafa "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinə dəyişikliyin müzakirəsi zamanı belə deyib.

O bildirirb ki, vəkillərin sayının artmasına şərait yaradılmalıdır:
 

"Vəkil olmaq istəyən şəxslər həm yazılı test imtahanından, həm də şifahi müsahibədən keçirilir. Əgər namizəd test imtahanından keçibsə, yenidən onun şifahi qaydada yoxlanmasına nə lüzum qalır? Məqsəd onun biliyini yoxlamaqdırsa, müsahibədə veriləcək əlavə sualları da testə daxil edib biliyini yoxlamaq mümkündür. Müsahibədə sadəcə onun nitq qabiliyyəti, davranışı yoxlana bilər. 100 nəfərdən 1-nin nitqində problem ola bilər. Lakin 1 nəfərə görə iki mərhələli imtahan keçirmək doğru deyil. Əgər kimsə yaxşı vəkil olmayacaqsa, insanlar müraciət etməyəcək. Vəkilliyə qəbul imtahanından kəsilənin təkrar imtahan üçün bir il gözləməsi doğru deyil. Bu, işsizliklə bağlı da ciddi məsələdir. Prosesi bu cür mürəkkəbləşdirməyin nə faydası var? Biz nümayəndəlik institutunu ləğv etdik, bunu da doğru hesab etmirəm. Mövcud vəziyyət göstərir ki, vəkilliyə daxil olanların sayının artırılmasına şərait yaratmaq istəmirik. Vəkil hazırlıqsız olacaqsa, kimə nə ziyanı olacaq? Sadəcə müştərisi olmayacaq”.

"Bunun üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni, heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər”.

Vəkilin savadı yoxdursa, onun müştərisi olmayacaq yanaşması da düz deyil

Spiker Oqtay Əsədov isə bildirib ki, bu fikir vəkillik institutunu aşağılamaqdır:

"Biz vəkillik məsələsini niyə belə aşağılayırıq?! İstəyirik ki, savadlı vəkillər olsun. Vəkilin savadı yoxdursa, onun müştərisi olmayacaq yanaşması da düz deyil. Vəkilin işi dövlətə, vətəndaşa xidmət etməkdir. Nə üçün əhaliyə, dövlətə xidmət edən bu şəxslərin işi belə aşağılanmalıdır? Vəkillər savad baxımdan prokurorluqla eyni səviyyədə olmalıdır. Yaxşı imtahan verməyənlər bir il daha hazırlaşmalıdır”.

Müzakirələrdən sonra "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 13-cü maddəsinə dəyişiklik edilib.

Dəyişiklik vəkil olmaq istəyən şəxslərə yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin il ərzində yenidən ixtisas imtahanında iştirak etmək imkanı verir.

Vəkillərin İxtisas Komissiyası ilə bağlı müddəları özündə ehtiva edən həmin maddənin hazırda qüvvədə olan variantında deyilir:

"İxtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər”.
Bu maddəyə əsasən, vəkilliyə qəbulla bağlı test imtahanında lazımi balı (60 bal) toplamayan namizədlərin bir il ərzində təkrar imtahan verməsi üçün İxtisas Komissiyasının rəyi tələb olunurdu.

Dəyişikliyə əsasən isə ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra 1 il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.

"Vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir”- layihədə qeyd edilir.

Beləliklə, test imtahanından müvəffəqiyyətlə keçmiş şəxslərə bir il məhdudiyyəti tətbiq edilməyəcək. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçə bilməyən şəxslər isə bir il ərzində təkrar imtahan verə bilməyəcəklər.

Qanunda ixtisas imtahanının ildə 1 dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur.

Vəkillər Kollegiyasının vəsaiti ilə bağlı 24-cü maddəyə edilən əlavəyə əsasən isə vəkilin vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo