13:22, 06 Oktyabr 2018 (Şənbə) 143

Oqtay Əsədov Türkiyəyə gedir

Oqtay Əsədov Türkiyəyə gedir
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti oktyabrın 8-i və 9-da Türkiyənin Antalya şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Tədbirə 40-dan artıq ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılmalıdırlar.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və başqa rəsmi şəxslər daxildirlər.

"Toplantıda "Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq. Mövzu ilə əlaqədar Milli Məclisin sədri çıxış edəcək. Burada parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub”, məlumatda vurğulanır.