10:58, 22 Mart 2018 (Cümə axşamı) 314

OPEK Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz verib

OPEK Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz verib
OPEK Azərbaycanda neft hasilatının ötən il ilə müqayisədə 2018-ci ildə sutkada 0,03 milyon barel azaldılacağına gözləyir.

Bu barədə OPEK-in aylıq hesabatında qeyd olunub.

Hesabata əsasən, 2018-ci ildə Azərbaycanda neft hasilatı orta hesabla sutkada 0,77 milyon barel proqnozlaşdırılır.

Beləliklə, OPEK yanvar hesabatında proqnozu sutkada 0,76 milyon barel yaxşılaşdırıb.