14:44, 14 Noyabr 2016 (Bazar ertəsi) 423

ONLAR NƏ DEYİR? -VİDEORUBRİKA


Qərb uzun illərdir Azərbaycanla həm iqtisadi həm də digər sahələrdə əməkdaşlıq edir. Amma bəzən nüfuzlu Qərb dairələrinin, Beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycandakı insan hüquqlarının vəziyyəti, demokratiya və fundamental azadlıqlarla bağlı səsləndirdiyi bəyanatların da şahidi oluruq. Bununla Qərb Azərbaycandan həm də demokratiya gözləntisinin olduğunu göstərməyə çalışır.

Azərbaycan hakimiyyəti bu cür bəyanatları ikili standartlarla verilmiş fikirlər kimi qələmə verir. Hakimiyyət iddia edir ki, bu kimi addımlarla Qərb Azərbaycanin daxili ve xarici siyasətinə mudaxilə etməyə çalışır. Hətta prezident İlham Əliyev bu yaxınlarda verdiyi müsahibələrinin birində "Qərb ölkələri Azərbaycanla münasibətlərdə səmimi deyil” fikrini səsləndirdiyinin də şahidi olmuşuq. Görəsən doğrudanmı Qərb, demokratik prinsiplər məsələsində Azərbaycana qarşı səmimi deyil?
Bu suala Azərbaycanda müxtəlif camiələrdə təmsil olunan şəxslərin fikirlərini öyrənməyə çalışdıq.

Bəs görəsən ONLAR NƏ DEYİR?

Əli Zeynal
Toplum.TV