11:52, 26 Dekabr 2016 (Bazar ertəsi) 216

ONLAR NƏ DEYİR? 3-cü buraxılış - "Azərbaycanda qanunlar işləyirmi?"


Bəzisi başqa ölkələrin təcrübəsindən keçirdiklərindən sonra tərcümə edilmiş, bəzisi 0-dan hazırlanmış qanunlar toplusu adlanan konustutusiya 1995-ci ildə Azərbaycanda insanların hüquqi dövlətdə yaşamını təmin etmək üçün qəbul olundu.
 
Həmçinin 24 avqust 2002-ci ildə ölkədə referendum keçrilərək insan haqları istiqamətində konustutusiyaya bəzi dətişikliklər edildi. 

Növbəti dəyişikliklər isə 2009 və 2016 cı illərdə baş verdi. Qərb dünyası 2002-ci il referendumunu müsbət qiymətləndirsə də, 2009 və 2016 da keçirilən referendumlarla bağlı oxşar fikirlərin səsləndiyini eşitmədik. Bir tərəfdən hakimiyyət hər şeyin yaxşı olduğunu deyir, digər tərəfdən müxalifətin ciddi təndiqlərinə rast gəlirik. Və üstəgəl avropa məhkəməsinin hər dəfəsində insan haqlarının pozulması ilə bağlı çıxardığı qərarları isə heç demirəm. 
 Ümumiliyətlə Azərbaycanın mütsəqil olduğu 25 ildə bir çox sahələr üzrə qanun layihələri hazırlanıb, müzakirə olunub, qüvvəyə minib. Qısaca desək Azerbaycanda bəlli bir qnaunvericilik bazası mövcutdur.

Bəs görəsən ümumiyyətlə ölkədə bu qədər qəbul olunmuş qanunlar praktikada necə,,, icra olunurmu?! Bəli, bu bizə də çox maraqlı gəldi. O zaman gəlin birlikdə dinləyək...görək ONLAR NƏ DEYİR?
 
Hazırladı:
İqrar Qurban
Əli Zeynal