13:39, 28 Noyabr 2016 (Bazar ertəsi) 195

ONLAR NƏ DEYİR? (2-ci buraxılış) - VİDEORUBRİKA

Bu dəqiqə, ələ gözününüz qarşısında kiçik büdcə ilə - məsələn, ən azi 50 manata, online radio, tv, jurnal imkani verən platformalarin birində media orqanı yarada bilərəm.Hə, bunu lap pulsuz da etmək olar!
 
Blog saytlarını istifadə edirsən, və budur bir online qəzetin var! Doğrudur, indiki zamanda İnternet nəinki Azərbaycanda, dünyanın demək olar ki, hər yerində media vasitələrini əlçatan ədib. Təxniki imkanları saya bilərik - pul var? Var! İnternet var? Var! Bəs bu medianin içində nə var? Nədən bəhs edə bilir, nədən yox? Olkənin 1ci səlahiyyətlisi deyir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. 

Digər tərəfdən də bu həmin "azadlıqdır" ki qərb tərəfindən daim tənqid olunur və Azərbaycanın adı beynalxalq media azadlığı reytinqlərinin son sıralardan yuxarı qalxmır. Məsələn: sərhədsiz reportyorlar bəynəlxalq təşkilatı 2016cı ilə olan Dünya Mətbuat Azadlığı İndeksi sıralamasında Azərbaycanı 180 ölkə arasında 163cü yerdə qoyub.

Yəni bir var öz qəzetində JEK müdirini tənqid ədirsən, bir də var prezidenti. Bu dəfəki qonaqlarımız da bu haqda danışacaq – Azərbaycanda media azaddır mı?