13:44, 17 May 2018 (Cümə axşamı) 126

Ombudsman parlamentə müraciət edib

Ombudsman parlamentə müraciət edib
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib.

Bir müddət əvvəl hüquq müdafiəçisi Novella Cəfəroğlu da "Turan” informasiya agentliyinə bildirmişdi ki, həm amnistiya aktı olacaq, həm də əfv sərəncamı imzalanacaq.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev xəbəri Meydan TV-yə şərh edərkən deyib ki, əfv sərəncamının imzalanması istisna olunmur. Amma amnistiya məsələsi mürəkkəb olduğundan hər hansı münasibət bildirmək çətindir.