14:46, 14 Fevral 2018 (Çərşənbə) 48

Odessanın meri saxlanıb

Odessanın meri saxlanıb


/ DÜNYA
Ukraynanın Qara Dəniz sahilindəki Odessa liman şəhərinin meri Hennadiy Truxanov saxlanıb. O, xaricdə səfərdən qayıdarkən aeroportda, mənimsəmədə şübhəli bilinərək saxlanıb.

Borispol hava limanının rəsmiləri AzadlıqRadiosuna deyiblər ki, Truxanov sərhədçilər tərəfindən saxlanaraq Ukraynanın Milli Antikorrupsiya Bürosuna təhvil verilib. Mer fevralın 14-də Varşavadan qayıdırmış.

NABU fevralın 13-də yaydığı bəyanatda bildirib ki, Truxanov-a mənimsəmə işində şübhəli olmasına dair rəsmi informasiya verilib.

Məlumata görə, Odessa şəhər şurasının iki üzvü də bu işdə şübhəli sayılmalarına dair bilgiləndiriliblər.

Truxanov 50 gün idi iş başında deyildi. Mətbuat xidməti fevralın 14-də bildirib ki, o, "istintaqda iştirak etməkdən ötrü” Çexiyaya işgüzar səfərini yarımçıq kəsərək Ukraynaya qayıtmalı olub.

Amma Truxanov bu barədə açıqlama verməyib.

Truxanov-un Ukraynaya qayıtmasından br gün öncə Odessa vilayətinin keçmiş qubernatoru Mixaeil Saakaşvili ölkədən deportasiya olunub. O, qubernator olarkən Trukhanov-u korrupsiyada ittiham edib. Amma 2016-cı ildə istefa verib, Poroşenko hökumətini onun antikorrupsiya işinə zərbə vurduğunu deyib.