Siyasət

"O, heç bir cinayət törətməyib" - Əli Kərimli

24 İyul, 2017
754
Bu gün, iyulun 24-də Səbail rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, "Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edərək Əmirli barədə bəraət hökmünün çıxarılmasını istəyiblər. Amma hakim vəsatəti təmin etməyib. Məhkəmənin hökmü ilə F. Əmirli 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə və 39 min manat cərimə cəzasına məhkum edilib.

Əli Kərimli: "Bu qərar saxta bir cinayət işi əsasında verilmiş qərardır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri  Əli Kərimli Toplum Tv-yə açıqlamasında məhkəmənin qərarını partiyaya qarşı yönəlmiş təzyiqin tərkib hissəsi hesab edib: "Bu qərar saxta bir cinayət işi əsasında verilmiş qərardır. Faiq Əmirli siyasi sifariş əsasında həbs olundu. Məqsəd "Azadlıq” qəzetinin çapına mane olmaq idi. AXCP fuksionerlərini Fətullah Gülənin hizmət hərəkatı ilə əlaqələndirib kütləvi həbslər həyata keçirmək istədilər. Fuad Əhmədli ilə birlikdə Faiq Əmirli həbs olunmuşdu. Hər iki şəxs AXCP-yə qarşı kampaniyanın qurbanlarıdır. Faiq Əmirli heç bir cinayət törətməyib. Məhkəmə prosesində aydın şəkildə göründü ki, o, heç bir cinayət törətmədiyi halda şərlənərək həbs olunub”.

Anar Məmmədli: "Siyasi sifarişli həbsdir”
Image result for Anar Məmmədli
Hüquq müdafiəçisi Anar Məmmədli də hökmün siyasi sifarişli olduğunu qeyd edib: "Bu prosesi yaxından izləmişəm. Tamamilə siyasi sifarişli həbsdir. "Azadlıq” qəzeti ölkədə müstəqil media orqanlarından biri idi. Həm də bəllidir ki,  müxalif fikirli insanlara qarşı müxtəlif formalarda təzyiqlər olur. Faiq Əmirlinin həbsi də məhz "Azadlıq” qəzetinin fəaliyyətinin dayandırılması ilə nəticələndi. Qəzetin digər əməkdaşları ölkəni tərk etməyə məcbur oldu. Faiq Əmirli heç bir cinayət törətməyib. Hətta cinayət etmiş olsa belə, ittiham olunan maddələr heç bir əsas vermir ki, "Azadlıq” qəzetinin fəliyyəti dayandırılsın. Göründüyü kimi, burada niyyət qəzetin fəaliyyətini dayandırmaq idi. Bunun üçün də kimlərisə təqib edərək, həbs edərək bu media orqanını susdurmaq olub. Təəssüf doğuran hadisədir. Azərbaycanda siyasi məhbusların sırasına yeni bir şəxs əlavə olundu və qanunsuz olara azadlığını itirdi”. 

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsdetmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ittihamlar irəli sürülüb.
Əli Kərimlinin köməkçisinə hökm oxundu
F.Əmirliyə verilən bəzi ittihamlar məhkəməsiöncəsi geri götürülüb. O, indi CM-in 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

F.Əmirlinin həbsindən sonra "Azadlıq" qəzetinin çapı dayanıb və qəzetin bəzi əməkdaşları prokurorluğa çağırılaraq ifadə veriblər.

Alya Ağayeva 
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo