17:19, 11 Dekabr 2017 (Bazar ertəsi) 30

Nyu Yorkda partlayış

Nyu Yorkda partlayış


/ DÜNYA
Amerika Birləşmiş Ştatlarında Nyu Yorkun Manhetten bölgəsində avtobus terminalında partlayış baş verib. Partlayışın terror hücumu olub olmadığı hələlik məlum deyil.

Nyu York Yanğın Söndürmə Departamentinə Times Meydanı yaxınlığında avtobus terminalında patlayış olması ilə bağlı məlumat daxil olub.

Yanğın Söndürmə Departamenti "Twitter"dən bəzi bölgələrin təxliyyə edildiyini, yaxın zamanda məlumat veriləcəyini yazıb.