Siyasət

"Növbədənkənar seçkilər insan hüquqlarının pozulması fonunda elan edilib"

7 Fevral, 2018
505
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) prezident İlham Əliyevin qəfil və əsaslandırılmadan 2018-ci il aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin etməsi barədə qərarını pisləyir və ölkədə lazımı səviyyədə ifadə azadlığı olmadığı halda bu müddətdə azad və ədalətli seçkilərin keçirilməsini mümkünsüz hesab edir.

Monitorinq göstərir ki, istər dövlət, istər ictimai və ya özəl teleyayım şirkətləri istisnasız olaraq hakimiyyətin tam nəzarəti altındadır və hakim rejimin təbliğat carçısı rolunu oynayır, ölkə əhalisinin təxminən 75 faizində hakimiyyət üçün zəruri olan ictimai fikri formalaşdırır.

"Ölkədə bir dənə də olsun müstəqil çap nəşrinin olmadığı, əksər müstəqil xəbər saytlarının məhkəmə və qeyri-məhkəmə yolu ilə bloklandığı, azsaylı müstəqil onlayn nəşrlərin üzərində qapanmaq təhlükəsinin olduğu, fundamental ifadə azadlığından istifadəyə görə hökumətin aparıcı tənqidçilərinin həbs edildiyi bir şəraitdə ifadə azadlığının səviyyəsi azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi tələblərə cavab vermir", -RATİ-nin rəhbəri Emin Hüseynov bildirib.

RATİ ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu, Avropa Şurasının Venesiya Komissiyasını Azərbaycan prezidentinin əsaslandırılmamış qərarına birgə qiymət verməyə çağırır

Eyni zamanda, RATİ Avropa Şurası Nazirlər Kabinetini təcili məsləhətləşmələr aparmağa və Azərbaycan hökumətinə ölkənin 2001-ci ildə bu təşkilata üzv olarkən yerinə yetirmək öhdəliyi götürdüyü Avropa Şurası standartlarına uyğun seçkilərin keçirilməsi ilə bağlı təcili tövsiyələr paketi işləyib hazırlamağa çağırır.
RATİ həmçinin Azərbaycanın vətəndaş cəmiyyətini və siyasi partiyalarını prezidentin növbədənkənar seçkilərlə əlaqədar fərmanı ilə bağlı Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət etməyə səsləyir.

RATİ Azərbaycanın siyasi rəhbərliyini seçkiləri özlərinin əvvəlcədən və dəfələrlə elan etdikləri vaxtda - 2018-ci il oktyabrın 17-də keçirməyə və həmin vaxta qədər ölkədə ifadə, sərbəst toplaşmaq azadlıqlarına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəruri islahatlar həyata keçirməyə çağırır.

RATİ seçkiqabağı mühitin yaxşılaşdırılması üçün hakimiyyəti bütün siyasi məhbusları, o cümlədən jurnalist, bloger, yazıçı və şairləri azad etməyə, həmçinin vətəndaş cəmiyyətinin və siyasi müxalifətin sərbəst fəaliyyəti üçün qanunverici məhdudiyyətləri aradan qaldırmağa çağırır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo