12:54, 18 Sentyabr 2018 (Çərşənbə axşamı) 234

“NIKOIL Bank"ın keçmiş rəhbəri saxlanılıb

“NIKOIL Bank
Nikoil Bank"ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

Nikoil Bankın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb.

"Report"un verdiyi məlumata görə bu barədə "Moskva" Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

 V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. 

Xamaza Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmişdi.

2017-ci ilin payızında Azərbaycan mətbuatında V.Xamazanın 2005-ci ildən 2017-ci ilin iyuluna qədər  olan müddətdə rəhbərlik etdiyi "Nikoil Bank"dan 20 milyon manatdan çox vəsaiti mənimsədiyi barədə mılumatlar dərc olunub.

Samirə Əliyeva 
Toplum Tv