22:48, 18 Oktyabr 2017 (Çərşənbə) 282

Nida Vətəndaş Hərəkatı: "Fəalların həyatına təhlükə var" - VİDEO

Oktyabrın 18-də Nida Vətəndaş Hərəkatı siyasi məhbusların üzləşdiyi təzyiqlərlə bağlı tədbir keçirib.

Hərəkat nidaçı məhbuslar Bayram Məmmədov, Qiyas İbrahimov və İlkin Rüstəmzadənin ölüm təhdidləri ilə üzləşdiyini bir müddət öncə sosial şəbəkələr vasitəsilə paylaşmışdı.

Toplum.Tv xəbər verir ki, Nidanın İdarə Heyətinin üzvü Ülvi Həsənli tədbirdə fəalların həyatına təhlükə olduğunu deyib. 

Vəkil Elçin Sadıqov bildirib ki, Penitensiar Xidmət Bayram Məmmədovun təzyiqlərlə bağlı şikayətlərini gözardı edib.

Vəkil Nemət Kərimli vəkillərin də təzyiqlərə məruz qaldığına diqqət çəkib.

O, jurnalist Əfqan Muxtarlı ilə görüş zamanı izləndiklərini və Pentensiar Xidmətə şikayət etdiyini əlavə edib. Daha sonra həbsdə olan fəalların valideynlərinə söz verilib.

Bayram Məmmədovun anası Sevinc Məmmədova mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib. 

İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə fəallara təzyiq üçün müxtəlif bəhanələr uydurulduğunu vurğulayıb. Fuad Əhmədlinin atası Zəfər Əhmədli isə təkliflə çıxış edib. 

Qiyas İbrahimov və Bayram Məmmədov narkotik ittihamı 10 il, İlkin Rüstəmzadə xuliqanlıq ittihamı ilə 8 il azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar onları siyasi məhbus kimi tanıyır.

İzzətxanım Cabarlı
Toplum.Tv