13:55, 18 Noyabr 2018 (Bazar) 224

NİDA-çı başqa cəzaçəkmə müəssisəsinə göndərilib

NİDA-çı başqa cəzaçəkmə müəssisəsinə göndərilib
5,5 il azadlıqdan mərum olunan NİDA-çı Elgiz Qəhrəman 17 saylı Cəzaçəkmə Müəssisisinə köçürülüb.

Məlumatı NİDA-nin koordinatoru Samir Əsədli yayıb.

Samir Əsədli qeyd edib ki, Elgiz Qəhrəman 14 saylı CÇM-də "kars"a salınmış, 4 gün soyuq otaqda saxlanıldığından səhhətində ciddi problemlər yaranmışdı:

"Elgiz 10 günə yaxın idi ki, Penitensiar Xidmətin müalicə müəssisəsində idi, bu gün onu 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər”.

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanılıb və həmin gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

O, 2017-ci ilin yanvarın 16-da 5,5 il müddətinə azadlıqdan məhrum edilib.