15:06, 11 Aprel 2018 (Çərşənbə) 55

Nəsimi Məmmədli: “12 saylı seçki dairəsində sanki yarmarka keçirilir”

Nəsimi Məmmədli: “12 saylı seçki dairəsində sanki yarmarka keçirilir”
"12 saylı DSK-nın 28 və 32 saylı məntəqələrində sanki yarmarka keçirilir”.

Bunu həmin məntəqələrdə müşahidə aparan Yayımların Monitorinq Mərkəzinin rəhbəri Nəsimi Məmmədli deyib. 

Öz "Facebook” hesabında bu barədə yazan N.Məmmədli deyir ki, heç kimi bülletenlərlə doldurulan qutular maraqlandırmır: "İstənilən zirək adam sakitcə qutuları götürüb məntəqədən çıxa bilər. Yaxınlaşıb rahatlıqla qutuları sağa-sola çevirdim, amma heç kim yaxınlaşıb demədi ki, nə edirsən. Yəni hamının başı çox möhkəm qarışıqdır”.

"Müşahidəçilər elə bir küncdə oturdulub ki, faktiki olaraq prosesdən tam xəbərsizdirlər. Nə komissiyanın işini, nə də qutuları görmək imkanına malikdir. Məntəqəyə daxil olan heç kimin sənədləri yoxlanmır. Seçicilərin barmaqlarına mürəkkəb də vurulmur”, - deyə Nəsimi Məmmədli bildirib.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
 
Nigar Mübariz
Toplum.TV