İqtisadiyyat

Nəsimi bazarı: “Qiymətlər əl yandırır"

30 Aprel, 2018
1365
Bazarda mövsümi meyvələrinin satışı artıq başlayıb. Gilas, alça, şaftalı, ərik... 

Bəs bu meyvələri hər kəs ala bilirmi? 

Toplum Tv qiymətləri öyrənmək üçün "Nəsimi bazarı” adlanan ticarət mərkəzinə üz tutub. 

Bazarda məlum olub ki, ən çox alça İrandan gətirilir. Kiloqramı isə 25 manata satılır. 

Yerli alçasının kilosu 20, gilas 25, çiyələk isə 8 manatadır. 

Kiçik qablara yığılmış şaftalı və əriyi isə 6 manata almaq olur.

Buradaki qiymətlərlə market şəbəkələrində qiymətlər arasında böyük fərq yoxdur. 

Ancaq elə bazarın özündə qiymətlər içəriyə doğru irəlilədikcə dəyişir. Belə ki, girişdə satılan məhsullar daha bahadır. Satıcılar bunun girişdəki yerlərin icarə haqqının daha baha olması ilə izah edirlər. 

Alıcıların çox və ya az olmasına gəlincə, satıcıların cavabı da müxtəlifdir.

Kimi, "satıramsa, ziyana işləməyəcəm ki... Təbii ki, alınır” - dedi, kimi də "qiymətlər əl yandırır, hələ çox sata bilmirəm”, - deyə gileyləndi. 

Bazardakı alıcılar da daha çox qiymətlərə baxıb keçirlər. Onlar bu məhsulları hələ almağa maraqlı olmadıqlarını deyirlər.

Meyvələrin dərmanlarla, gübrə ilə yetişib ərsəyə gəldiyini deyən alıcı vəfa Abdullayeva qiymətlərdən də gileylənir: "Yol kənarlarında uşaqlar görür, istəyir deyə ara-sıra alırıq, amma süfrəyə qoyulacaq dadda və qiymətdə deyillər”.

Başqa bir alıcı isə hesab edir ki, iqtisadi durum aşağıdır və zəruri istehlak məhsulu olmayan hər hansı ikinici dərəcəli məhsula böyük məbləğ vermək gülüncdür.

Gülzar N. Məmmədli
Toplum TV







Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo