19:56, 14 Fevral 2018 (Çərşənbə) 182

Nemət Pənahlının məhkəməsi təxirə salınıb

Nemət Pənahlının məhkəməsi təxirə salınıb
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının yol hərəkəti qaydalarını pozmasına görə cərimələri ödəməməsi iddiası ilə bağlı məhkəmə iclasının qeyri-müəyyən vaxta təxirə salındığı bildirilir.

Nemət Pənahlı "Azadlıq Radiosu"na bildirib ki, bu qərarı fevralın 14-də Nəsimi Rayon Məhkəməsi çıxarıb.

Partiya sədrinin deməsinə görə, qısa məhkəmə iclası onun iştirakı olmadan keçirilib. N.Pənahlı məhkəməyə çağırılıb, amma iclas zalına buraxılmadığını söyləyir.

O, cərimələri ödəməkdən imtina edir. Partiya sədri bildirir ki, cərimələr barədə bildiriş çox sonra gəlib və qayda pozuntularının elektron qeydiyyatı sisteminə vaxtında daxil edilməyib.

"Bu məhkəmə işi siyasi məqsəd daşıyır və mənim vətəndaş fəallığımın məhdudlaşdırılmasına yönəlib", - N.Pənahlı bildirib.

Nemət Pənahlı həmçinin vurğulayıb ki, cərimələrin dəqiq məbləği ona bəlli deyil.