10:35, 23 Mart 2018 (Cümə) 377

Neftin qiyməti 0,86% artıb

Neftin qiyməti 0,86% artıb


 

"APA-Economics" xəbər verir ki, dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,67 dollar və ya 1,04% artaraq 64,97 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,59 dollar və ya 0,86% artaraq 69,50 dollar təşkil edib.