20:41, 21 Fevral 2018 (Çərşənbə) 397

Neftə tələbat 2030-cu illərdə pik həddinə çatacaq

Neftə tələbat 2030-cu illərdə pik həddinə çatacaq
"Financial Times" BP şirkətinin illik enerji proqnozuna əsasən yazır ki, elektriklə işləyən avtomobillər qarşıdan gələn iki onillikdə inqilab yaradacaq və buna görə də neftə olan tələbat 2030-cu illərin sonunda özünün pik nöqtəsinə çatacaq.

"BBC Azərbaycanca"-nın verdiyi xəbərə görə, məqalədə deyilir ki, xam neftin ən böyük hasilatçılarından biri olan BP neftə tələbatın pik həddə çatacağı vaxt barədə ilk dəfədir proqnoz verir. Bununla belə şirkət tələbatın kəskin azalacağına riskin az olduğunu bildirir.

BP bildirib ki, 2040-cı ilədək yollarda 300 milyon elektriklə işləyən avtomobilin olacağı gözləniləndir. Proqnozda deyilir ki, bu maşınlardan əksəriyyəti sürücüsüz və telefonla çağırılan taksilərdən ibarət olacaq. Proqnoza görə şəxsi avtomobillərin azalacağı gözlənilir.

BP-nin proqnozuna görə 2040-cı ilədək bütün dünyadakı 2 milyard avtomobilin 15 faizi elektriklə işləyəcək. Buna baxmayaraq belə avtomobillər sərnişindaşımanın 30 faizini icra edəcək. Bu ona görə baş verəcək ki, ictimai taksi kimi işləyən avtomobillərinin sərnişini daha çox olacaq.

Lakin elektrik maşınlarının belə inqilabi artımına baxmayaraq BP-nin proqnozuna görə 2040-cı ilədək neftə tələbat 2016-cı ildə olduğu qədər - günə 18, 7 milyon barrel olaraq qalacaq.

Proqnozda bu da deyilir ki, elektrik avtomobillərinin artımına baxmayaraq, ümumilikdə avtomobil nəqliyyatına tələbat da iki dəfə artacaq. Bu nəqliyyatda çalışan avtomobillərin isə böyük bir qismi 2040-cı ilədək hər halda benzin və dizellə işləyəcək.

Bu da qeyd olunur ki, 2040-cı ilədək daxiliyanma mühərrikləri ilə işləyən avtomobillərin qadağan olunması neftə tələbatı azaldacaq. Proqnoza görə, başqa sözlərlə eketrik maşınları neftə tələbatı günə 10 milyon barrel ixtisar edəcək.

BP-nin baş icraçı direkru Bob Dudley deyib ki, neft qiymətlərinin hazırkı sabitliyi çox da arxayın salmamalıdır. Onun fikrincə neft qiymətlərinin əvvəlki yüksək qiymətlərinə çatacağı gözlənilmir.