11:22, 27 Fevral 2018 (Çərşənbə axşamı) 153

Neft-qaz kəşfiyyatına 26,4 milyon manat xərclənib

Neft-qaz kəşfiyyatına 26,4 milyon manat xərclənib
Ötən il Azərbaycanda geoloji-kəşfiyyat işlərinə 32,3 milyon manat və ya 2016-cı illə müqayisədə 6,5 faiz çox vəsait sərf olunub. 

Dövlət Statistika Komitəsi bildirir ki, geoloji-kəşfiyyat işlərinin 81,7 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 26,4 milyon manat xərclənib.

Hesabata əsasən, 2016-cı illə müqayisədə radioaktiv metalların kəşfiyyatına 51,9 faiz, regional geoloji-geofiziki işlərə 25 faiz, hidrogeoloji işlərə 19,4 faiz, əlvan metalların kəşfiyyatına 8,3 faiz, elmi-tədqiqat işlərinə 8 faiz çox, nəcib metalların kəşfiyyatına 23,8 faiz, qara metalların kəşfiyyatına 14,3 faiz az vəsait gedib.