10:28, 20 Aprel 2018 (Cümə) 65

Neft Fonduna 133 milyard dollar gəlib

Neft Fonduna 133 milyard dollar gəlib
Azərbaycan Dövlət Neft Fondu (NF) son 17 ildə əldə etdiyi gəlirlərin həcmini açıqlayıb.


Bu haqda Fondun aprelin 19-da yaydığı məlumatda bildirilir.


Məlumatda vurğulanır ki, 2001-ci ildən bu il aprelin 1-nə kimi Neft Fonduna «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan 130 mlrd. 551 mln. ABŞ dolları gəlib.


Fondun açıqlamasına görə, «Şahdəniz» qaz yatağı üzrə isə 2007-ci ildən onlara 2 mlrd. 506 mln. ABŞ dolları daxil olub.


Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. Hazırda həmin vəsaitdən fondda 37 mlrd. 631.7 mln. dolların qaldığı açıqlanıb.
 
 
azadliq.org