Sosial

Necə yaşaya bildi?

12 Mart, 2017
781
Gülər Rasim

Yorğun-arğın dərsdən çıxıb evə tələsirdim. Avtobusun arxa oturacağında - həmişəki yerimdə oturdum.  

Evə çatan kimi adətim üzrə yemək yeyib, rusdilli serialıma baxa-baxa dincələcəyimi, sonra da qızların gəlişini gözləyəcəyimi düşünürdüm. 

Qızlar evə gələndə, adətən, gündəmi müzakirə edirdik. Dörd qız qalırdıq evdə. İkimiz II kursda oxuyurduq, o birilər hüquq fakültəsinin məzunlarıydı. 

Hərəsi bir yerdə işləyirdi. Həmişə də bolluca xəbərlərlə gələrdilər evə. Maraqlı, gülməli, ağlamalı, kriminal, səfeh hadisələri danışar, sonra da birlikdə təhil edərdik.

Evə çatmağa az qalmış qabaq qapıya yaxınlaşdım. Radioda xəbərləri verirdilər: "Cənub bölgəsində avtoqəza hadisəsi baş verib. Xınayaxdı mərasimindən evə qayıdan bəy və ailəsi qəzaya düşüb. Sabah toyu olacaq gənc qəzanın qurbanı olub. Ailə üzvləri ağır xəsarətlər alsa da, qəzadan sağ qurtula biliblər”.

Xəbər bitməmiş mən artıq qızın intiharı haqda da nəsə eşidəcəyimi düşünürdüm. Yox, xəbər bitdi.

Evə çatdım, ancaq ağlımda "qız artıq yaşaya bilməz” fikirləri dolaşırdı. "İntihar etsə də, haqlıdır” - deyə düşüncələrimdə onunla razılaşırdım. Necə yaşamaq olar axı, sabah sevdiyinlə qol-qola restorana gedəcəkdin, indi o restoran qəbiristanlığa çevrildi...
 
Sabah sevdiyini torpağa gömməyə göndərəcəksən. Yox, yaşaya bilməz, elə gecəylə özünü asar. Çox sarsıldım bu xəbərdən. Axşam necə düşdü, bilmədim. Qızlar gəldi, başladı gündəm xəbərləri. Hərə bir hadisə danışdı.
 
Sonra da mən: "Bayaq avtobusda - radioda bir xəbər eşitdim. Elə pis oldum, dəhşətdir. Bir bəy xınayaxdı məclisindən gəlini aparıb evə qoyub qayıdanda yolda qəzaya düşüb. Oğlan ölüb...”, - dedim. 

Qızlardan biri: "Hə, oxudum o xəbəri, səhərdən təsirindən çıxa bilmirəm. Yazıq qız, necə yaşayacaq indi?! "İnanmıram o qız yaşaya bilə, mütləq intihar edəcək. Adam necə yaşaya bilər axı?! Həyatının ən gözəl hadisəsi faciəyə döndü. O yaşasa da, daha ölüdən fərqlənməz”, - deyə bildirdi. 

Neçə gün keçdi, hadisə haqqında xəbərlər davam edirdi. Hadisənin başvermə səbəbi, cinayət işinin araşdırılması və s.  

Amma aralarında qızın intihar xəbəri olmadı.

Sevinirdim, özünə qıymadı, ata-anasına qıymadı deyə... Amma bir sual il yarım əvvələ kimi beynimi deşirdi: necə yaşaya bildi?..


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo