17:07, 18 Oktyabr 2017 (Çərşənbə) 78

Nazirliyin 49 avtomobili geri alınıb

Nazirliyin 49 avtomobili geri alınıb
Mədəniyyət və Turizm Nazirliyinin xidməti avtomobillərinin sayı 71-dən 22-yə endirilib.

"Turan" İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərarda səbəb açıqlanmır. Yalnız o bildirilir ki, təklif nazirlikdən gəlib və Maliyyə Nazirliyi ilə razılaşdırılıb.

Bu il Mədəniyyət və Turizm Nazirliyinin rayon-şəhər idarələri ləğv edilib və onların bazasında 16 regional idarə yaradılıb. Alınan xidməti avtomobillər regional idarə rəhbərlərinin olub. Mərkəzi aparatın 6 işçisi xidməti avtomobilini özündə saxlayır.

Üstəlik, nazirliyin regional idarələrinə tabe olan bəzi qurumlarda aylardır maaşların verilməməsi ilə bağlı şikayətlər eşidilir.

Azərbaycanda 70 icra və məhkəmə strukturuna təxminən 1200 minik avtomobili xidmət edir. Bunların 350-i nazirləri, onların müavinlərini, komitə, məhkəmə və s. orqanların rəhbərlərini daşıyır.

Prezidentin, onun administrasiyasının, Nazirlər Kabineti, Milli Məclis aparatı, onun komitə rəhbərlərinin xidməti avtomobilləri bura daxil deyil. Bu avtomobillər dövlət büdcəsinin hesabına saxlanılır və müəyyən vaxtdan sonra dəyişilir.