10:10, 23 May 2018 (Çərşənbə) 193

Nazirlik çimərliklərin monitorinqinə başlayıb

Nazirlik çimərliklərin monitorinqinə başlayıb
Çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov APA-ya bildirib ki, monitorinq oktyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək.

Z. Kazımov qeyd edib ki, monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılacaq: "Eyni zamanda, dəniz suyu kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Analizlərin nəticələrinə əsasən, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

2017-ci ildə aparılmış müayinələrin nəticələrinə görə, Qaradağda "Sahil”, Səbaildə "Şıx” və Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub.