Siyasət

Nazirin qardaşına görə 9 il həbs təklifi

26 İyul, 2017
588
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova görə cinayət məsuliyyətinə cəlb olunmuş Samir Nəbiyevə 9 il həbs cəzası istənildi.

İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror belə bir təkliflə çıxış edib.

Prokuror bildirib ki, S.Nəbiyevə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə verilmiş ittiham məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Sübuta yetirilib ki, o, Ə.Camalovu aldadaraq 18 min manat və 2 min 500 dollar pulunu alıb qaytarmayıb.

S.Nəbiyev isə bu ittihamı qəbul etmir. Ona görə də, vəkili Ceyhun Yusifov müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Avqustun 2-də keçiriləcək növbəti məhkəmədə vəkil çıxış edəcək, S.Nəbiyev özü də son sözünü deyəcək.

S.Nəbiyev nazirin qardaşını aldatmadığını, ondan pulu da sələmlə aldığını deyir. Bildirir ki, icarə əsasında işlətdiyi elektrik avadanlıqları mağazasına mal almaq üçün Ə.Camalovdan pul alıb. 

Razılaşmaya görə, qazancın yarısı nazirin qardaşına çatmalıymış. S.Nəbiyev 18 min manata görə 5 min, 2 min 500 dollara görə də 1500 dollar pul verdiyini, sonradan devalvasiyaya görə maddi vəziyyəti pisləşdiyindən pulu qaytara bilmədiyini deyir.

Devalvasiyadan sonra Ə.Camalov manatla verdiyi pulu o dövrün məzənnəsinə uyğun olaraq, dollarla hesablayıb.

Ə.Camalov özü də verdiyi pula görə faiz aldığını təkzib etməyib. Təsdiqləyib ki, S.Nəbiyev bir neçə ay qazancının bir hissəsini ona verib. Amma o, aldığı pulları verdiyi məbləğdən çıxmaq istəmir.///azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo