21:31, 25 May 2018 (Cümə) 263

Naxçıvanda 9 məhkum əfv olunub

Naxçıvanda 9 məhkum əfv olunub
Naxçıvan Muxtar Respublikasında 9 məhkum əfv olunub.

"Report" xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə bir qrup məhkumun ailə üzvləri və yaxınlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə müraciətlərinə əsasən 5 nəfər məhkum cəzadan vaxtından əvvəl azad olunub. 

Bundan əlavə, 4 nəfər məhkumun isə cəzası daha yüngül cəza növü ilə əvəz edilib.